Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, səfir Sultan Hacıyev 2026-2030-cu illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Sultan Hacıyev Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiridir.
Son xəbərlər
Son Xəbərlər