Aqrar sahədə dövlətin vəzifələri qanunla müəyyənləşir

aqrar-sahede-dovletin-vezifeleri-qanunla-mueyyenlesir
Oxunma sayı: 292

Aqrar sahədə dövlətin vəzifələri qanunla müəyyənləşir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Aqrar sahə haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aqrar sahədə dövlətin vəzifələri aşağıdakılardır: 

- normativ tənzimləmənin həyata keçirilməsi;

- aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;

- aqrar sahəyə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;

- aqrar sahə subyektlərinin, aqrar istehsal vasitələrinin və aqrar məhsulların uçotunun və qeydiyyatının təşkili;   

- məhsuldarlığın, rəqabət qabiliyyətinin və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması ilə bağlı tədbirlərin görülməsi;

- dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi;

- aqrar xidmətlərin həyata keçirilməsi, habelə aqrar xidmət mərkəzlərinin və maddi-texniki təminat sisteminin təşkili və inkişaf etdirilməsi;

- heyvan və bitki sağlamlığının qorunması üzrə tədbirlərin həyata keçirilməsi;

- vergi intizamının gücləndirilməsi və maliyyə şəffaflığının təmin olunması;

- elmi tədqiqatların, innovasiyaların, rəqəmsallaşmanın və insan kapitalının inkişafının dəstəklənməsi; 

- aqroparkların, aqroklasterlərin, daşınma və aqrar emal infrastrukturunun yaradılmasının və inkişafının təşviqi;

- kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təşkili;

- heyvandarlıqda seleksiya-damazlıq, bitkiçilikdə seleksiya və toxumçuluq  sisteminin inkişaf etdirilməsi;

- kənd yerlərinin dayanıqlı inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;

-  aqrar sahənin rəqəmsallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi; 

- aqrar məhsulun istehsalı ilə bağlı texniki tələblərin (aqrotexniki, aqrokimyəvi, suvarma sistemləri və s.), standartların və reqlamentlərin müəyyənləşdirilməsi;

- aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq, qiymətləndirmə və proqnozlaşdırmanın həyata keçirilməsi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən respublika üzrə tövsiyə xarakterli aqrar ixtisaslaşmanın aparılması və təsdiqi;

- aqrar sahə üzrə milli genetik ehtiyatların qorunması və səmərəli idarə olunması; 

- karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi;

-qanuna uyğun olaraq hüquqmüəyyənedici sənədlərin (patent, lisenziya və icazələr, habelə müəlliflik şəhadətnamələri) verilməsi;

-dayanıqlı aqrar sistemin təmin olunması, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi və aqrar məhsul istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üzrə tədbirlərin həyata keçirilməsi;

- qeyri-formal məşğulluğun qarşısının alınması və dayanıqlı məşğulluğun artırılması üzrə tədbirlərin həyata keçirilməsi;

- sosial inklüzivliyin təmin olunması, qadınların, gənclərin və həssas sosial qrupların aqrar sahədə iştirakının dəstəklənməsi;

- aqrar  kooperativlərin və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərin yaradılmasının təşviqi, fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi;

-sığorta fəaliyyətinin təşkili və inkişaf etdirilməsi;

-aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə və dəyişikliklərə adaptasiyanın təşviqi;

-dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və investisiyaların təşviqi;

-bazar intervensiyasının həyata keçirilməsi;

-aqrar sahənin yerli və beynəlxalq bazarlara inteqrasiyası, məhsul dövriyyəsinin, o cümlədən ixracının dəstəklənməsi;

-aqrar sahə üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;

-su ehtiyatlarından, o cümlədən suvarma suyundan səmərəli istifadənin təmin edilməsi.

Nuranə Daxilqızı