Aqrar sahəyə dövlət dəstəyi ilə bağlı yenilik

aqrar-saheye-dovlet-desteyi-ile-bagli-yenilik
Oxunma sayı: 397

Aqrar sahəyə dövlət dəstəyi qanunla tənzimlənəcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Aqrar sahə haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aqrar sahəyə dövlət dəstəyi aşağıdakı vasitələrlə həyata keçirilir:

- aqrar subsidiyanın verilməsi;

- bu Qanunun 7.3-cü maddəsinə uyğun olaraq, kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi; 

- qrant verilməsi;

- dövlət investisiya qoyuluşu;

- vergi və gömrük güzəştlərinin tətbiqi; 

- aqrar sığorta fəaliyyəti; 

- satış yerlərinin təşkili;

- informasiya-məsləhət xidmətlərinin göstərilməsi;

- strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;

- dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;

- elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə,

- habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.

Nuranə Daxilqızı