“Aqro-Vest DC” MMC şəhid ailələrini ziyarət etdi - Fotolar

aqro-vest-dc-mmc-sehid-ailelerini-ziyaret-etdi
Oxunma sayı: 1326

Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Aqro-Vest DC” MMC 100-dən çox şəhid ailəsinə bayram sovqatı paylayıb.

Şirkət hər il olduğu kimi, Yeni il öncəsi Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onlara bayram münasibətilə təbriklərini çatdırıb.

Şirkət əməkdaşları şəhidlərin ailə üzvləri ilə söhbət edib, göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğunu söyləyiblər.

“Aqro-Vest DC” MMC şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə isə cansağlığı və uzun ömür diləyir, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir!