Araz Musayev Səlçuk Bayraktarla görüşüb - Fotolar

araz-musayev-selcuk-bayraktarla-gorusub
Oxunma sayı: 6065

Azərbaycana səfər edən Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda bir neçə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu görüşlərdən biri Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantı, 9 qat dünya, 3 qat Avropa çempionu, Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidenti Araz Musayevlə baş tutub.

Görüşdə A. Musayev Bayraktara türk xalqlarının ona olan sevgisindən danışıb, hörmətini ifadə edib. Onun adının bütün Türk dünyasında ehtiramla çəkildiyi vurğulayıb.

Selçuk Bayraktar Araz Musayevlə yenidən Türkiyədə görüşəcəyinə ümid etdiyini söyləyib.