Türkiyə millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Arda Gülər yenidən sıradan çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, müayinələrdən sonra 18 yaşlı yarımmüdafiəçinin sol bud əzələsində zədə aşkarlanıb.
Qeyd edək ki, Arda Gülər iyulun 7-də “Kral klubu” ilə müqavilə imzalayıb. O, daha sonra zədələndəyi üçün meydana çıxa bilməmişdi.