“Arda Turan dəlidir” - İngilis futbolçu

arda-turan-delidir
Oxunma sayı: 5535

“Arda Turan məşqlərdən sonra ayağını masanın üzərinə qoyur, viski içirdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri 2024/2025 mövsümündə “Eyüpspor”un formasını geyinmiş ingilis futbolçu Conco Şelvi keçmiş məşqçisi Arda Turan haqqında danışarkən deyib. 

O, türkiyəli mütəxəssisin dəli olduğunu iddia edib: “Eyüpspor”dakı məşqçim Arda Turan dəli idi. Onun yanına gedəndə deyirdi ki, “Conco, səni sevirəm, viski var?” O, viski aludəçisi idi. Bu, dəlilikdir. İngiltərədə heç vaxt belə bir şey görməmişdim. Amma düzünü desəm, ora getməyimə səbəb çox yaxşı müqavilə təklif etmələri idi.

Türkiyədə oynadığım müddətdə yuxu dərmanlarına asılılığım yaranmışdı. İlk dəfədir ki, bunu deyirəm. Əsasən müsəlmanların yaşadığı bir şəhərdə idim. Cəmi üç restoran var idi. Vaxt keçirmək üçün yuxu dərmanı içir və səhər məşqinə qədər huşumu itirirdim. Hətta bir müddət içki içməyə başlamışdım, amma bunun pis bir fikir olduğunu düşündüm və yuxu dərmanlarımla davam etdim. “Eyüpspor”da isə 4 ay maaş almadım. Türkiyədə belə şeylər olur...”

Qeyd edək ki, Conco Şelvi karyerası ərzində “Liverpul”, “Nyukasl” və “Nottinqem Forest” kimi klublarda oynayıb, Türkiyə Superliqasında isə “Eyüpspor”dan əvvəl “Çaykur Rizespor”da çıxış edib.