Ardanın klubu 3 dəqiqədə 2 qol vurdu, ikinciliyə yüksəldi

ardanin-klubu-3-deqiqede-2-qol-vurdu-ikinciliye-yukseldi
Oxunma sayı: 1125

UEFA Konfrans Liqasının 5-ci turunda Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor Donetsk” Maltada keçirilən qarşılaşmada “Hamrun”u 2:0 hesabı ilə məğlub edərək, qrupdakı mövqeyini möhkəmləndirib.

“Qafqazinfo” xəbər verir ki, klub cəmi üç dəqiqə ərzində vurulan qollarla mühüm qələbəyə imza atıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Oyunda hesabı 61-ci dəqiqədə Luka Meyrelles açıb. Cəmi üç dəqiqə sonra - 64-cü dəqiqədə İsak fərqlənərək, komandasının üstünlüyünü artırıb.

Bu qələbə “Şaxtyor Donetsk”in xalını 12-yə yüksəldib və komanda qrupda ikinci pillədə qərarlaşıb. “Hamrun” isə 3 xalla sonuncu yerdədir.

Arda Turanın komandası Konfrans Liqasının son turunda öz meydanında “Rijeka”nı qəbul edəcək. “Hamrun” isə səfərdə “Şemrok Rovers”lə qarşılaşacaq.