“Ardıcıl 3 dəfə də zərbə vuruldu...” - Video

ardicil-3-defe-de-zerbe-vuruldu
Oxunma sayı: 1017

Azov dənizində vurulan “Natra” yük gəmisinin sağ qalan ekipaj üzvü qısa açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, orada çalışmış Azərbaycan vətəndaşı bildirib ki, gəmiyə bir neçə zərbə endirilib: “Gəminin kapitanı Rəcəb Əhədov və 3-cü kapitan Məhmməd Əliyev xidməti dəyişərkən dron vasitəsilə ilk zərbə endirildi. Biz nə qədər kömək etmək istəsək də, nail ola bilmədik. Sonra gəminin “most” hissəninə ardıcıl 3 dəfə də zərbə vuruldu. Onları heç cür xilas edə bilmədik. Qaldılar orada...”

Qeyd edək ki, Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş azərbaycanlı həlak olub.

İctimai TV-yə istinadən həmin açıqlamanı təqdim edirik:

Fotoda: Rəcəb Əhədov