UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
PSJ İngiltərədə “Arsenal”ın qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Dembele 4-cü dəqiqədə meydan sahiblərini mərkəzə dəvət edib. Bu, matçda vurulan yeganə qol olub - 0:1.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
29 aprel
23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa) - 0:1
Qeyd edək ki, yarımfinalın digər matçı bu gün İspaniyada “Barselona” və “İnter” arasında baş tutacaq.