Arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı - Yenilənib

arvadini-oldurub-ozunu-binanin-14-cu-mertebesinden-atdi
Oxunma sayı: 16003

Paytaxtın Yasamal rayonunda qətl hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, ər arvadının başını kəsib, daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.

***

Əldə etdiyimiz məlumata görə, qətli törədən 1987-ci il təvəllüdlü Məmmədov Bürhan İlham oğludur. O, 1992-ci il təvəllüdlü arvadı Məmmədova Xumar Ağa qızını öldürdükdən sonra öz canına qəsd edib.