Arvadını və 8 aylıq qızını öldürən Fərid həbs olundu

arvadini-ve-8-ayliq-qizini-olduren-ferid-hebs-olundu
Oxunma sayı: 4728

Qobuda 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli məhkəmə qarşısına çıxarılıb.

Bu barədə Baş Prokurorluqdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq xəbər verilib.

F. Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, verilmiş ittihamlarla təqsirli bilinərsə, 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb.

30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə 20 yaşlı arvadı Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, daha sonra intihar etmək məqsədilə özünə xəsarət yetirib, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vəziyyəti ilə bağlı ilk olaraq onun barəsində həbsə alternativ qətimkan tədbiri seçilmişdi. 

Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.

Sail Ağasəlim