“Təbii ki, bu, mənim üçün ağır və böyük məsuliyyətdir. Bunun fərqindəyəm. Bütün çətinliklərə baxmayaraq, üzərimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacağam”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilən Xalq artisti Şəfiqə Məmmədova bildirib.
“Çətinliklər var, bunu da anlayıram. Arzu edirəm ki, İttifaqda mövcud çətinliklərə baxmayaraq, fəaliyyətimiz davam etsin. Ən böyük arzularımdan biri Azərbaycanda müstəqil kino məktəbinin yaradılmasıdır. Mənim arzularım çoxdur. Əgər mənə etimad göstərmisinizsə, bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”, - o qeyd edib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər