22-24 aprel tarixlərində “AS Group” Qazaxıstanın paytaxtı Astanada Regional Ekoloji Sammit (RES-2026) çərçivəsində keçirilən “RES 2026 EXPO” beynəlxalq sərgisində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgi dayanıqlı inkişaf və yaşıl texnologiyalar sahəsində regionun ən böyük tədbirlərindən biri hesab olunur.
“RES 2026 EXPO”da iştirak edənlər arasında bir sıra yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri yer alıb.
Tədbirin açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak edib və sammitin əsas siyasi simalarından biri kimi çıxış edib. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin dövlət başçıları və hökumət rəhbərləri də tədbirdə təmsil olunublar.
Sammit çərçivəsində müxtəlif ölkələrin ekologiya, iqlim və su resursları üzrə nazirləri, eləcə də digər rəsmi nümayəndə heyətləri iştirak edərək müzakirələr aparıblar. Eyni zamanda, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmiləri də tədbirə qatılaraq, qlobal ekoloji problemlər və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi ediblər.
Sərgidə “AS Group” Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə həm ölkə pavilyonunda, həm də kommersiya pavilyonunda öz layihələrini təqdim edib. “AS Group”a daxil olan “AS İnşaat” MMC tərəfindən Zəngilanda inşa edilən “Ağıllı kənd - Ağalı” və “AS Group”un Qazaxıstanın aparıcı şirkətlərindən olan “BI Group”la əməkdaşlığı çərçivəsində həyata keçirilən “4You Baku” premium yaşayış kompleksi layihəsi dövlət rəsmiləri, həm də müxtəlif ölkələrdən olan ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə dayanıqlı həllər, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq aspektləri diqqət mərkəzində olub.
Eyni zamanda, sərgi regional media qurumlarının da diqqətini cəlb edib və tədbir informasiya platformalarında işıqlandırılıb.
30 ölkədən 247-dən çox şirkət və 1500-dən artıq nümayəndənin qatıldığı tədbirdə “AS Group”un iştirakı şirkətin beynəlxalq platformalarda aktivliyini, innovativ və dayanıqlı layihələrə fokuslandığını nümayiş etdirir. Bu iştirak eyni zamanda Azərbaycan şirkətlərinin qlobal müstəvidə təmsilçiliyinin gücləndiyini və yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir.










Son xəbərlər
Son Xəbərlər