“ASAN xidmət” korrupsiyaya qarşı islahatdır” - Video

asan-xidmet-korrupsiyaya-qarsi-islahatdir
Oxunma sayı: 277

“ASAN xidmət”, ilk növbədə, korrupsiyaya qarşı islahatdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baku TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, “ASAN xidmət” yaradılarkən buradakı əsas prinsiplər şəffaflıq, operativlik, əlçatanlılıq və bürokratiyasızlıq olub:

“Təbii ki, bütün bunların hamısı korrupsiyaya qarşı mübarizə siyasətinin əsas tərkib hissəsidir”.

Ü.Mehdiyev bildirib ki, dövlət “ASAN xidmət” modelini yaratmaqla vətəndaşlara öz hüquqlarını həyata keçirmək üçün imkan yaratmış oldu:

“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri içərisində bir neçə məqsəd var ki, Azərbaycanın “ASAN xidmət” modeli birbaşa buna xidmət edir. Şübhəsiz, bu da Azərbaycanın beynəlxalq reytinqinə müsbət töhfə verir. Eyni zamanda, “ASAN xidmət” rəqəmsal transformasiyanın əsas komponentidir. Çünki Azərbaycanda bu modelin qurulması ilə rəqəmsal transformasiyaya start verilmiş oldu”.