Asif həkim dəfn edildi - Foto

asif-hekim-defn-edildi
Oxunma sayı: 2587

Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, həkimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat etmiş, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.