Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir Tehrana rəsmi səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşlər keçirib.
“Qafqazinfo” “Fars”a istinadla xəbər verir ki, baş tutan danışıqlarda əsas məqsəd İranla ABŞ arasında kompromisin tapılması istiqamətində Pakistanın vasitəçilik missiyasını irəliyə aparmaq olub.
Feldmarşal Asim Munir əvvəlcə Prezident Məsud Pezeşkian, daha sonra isə İranın ABŞ ilə danışıqlar üzrə rəhbəri olan parlament sədri Məhəmməd Baqer Qalibafla masaya əyləşərək sülh prosesinin detallarını müzakirə edib.
Qeyd olunub ki, ordu komandanının İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüşdə isə regionda gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibə təhlükəsinə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin yenidən bərqərar edilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər