Asim Xudiyev Avropa Liqasının oyununa təyinat aldı

asim-xudiyev-avropa-liqasinin-oyununa-teyinat-aldi
Oxunma sayı: 274

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.