Astarada güclü yağış - Sakinlər təxliyə edildi-Video

astarada-guclu-yagis
Oxunma sayı: 1977

Astarada normadan dəfələrlə artıq yağan yağış fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, yağış nəticəsində Astaranın Ərçivan qəsəbəsində 10-a yaxın həyəti su basıb. 

Polis əməkdaşları tərəfindən su basmış evlərdən köməksiz qalan sakinlərin təxliyyəsi həyata keçirilib.

Sakinlərin təxliyə edilməsinin görüntülərini təqdim edirik: