Astara rayonu ərazisində, Xəzər dənizində 2 nəfər itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
APA-nın məlumatına görə, itkin düşən balıqçıların kimliyi məlum olub.
İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilib.
Son xəbərlər
Son Xəbərlər