Ata qızı ilə birgə kürəkəni öldürmüşdü - Hər ikisinə hökm oxundu

ata-qizi-ile-birge-kurekeni-oldurmusdu
Oxunma sayı: 3655

Kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova 14 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar ikisi də xüsusi amansızlıqla adam öldürməkdə təqsirli biliniblər.

Qeyd edək ki, hadisə ötən ilin yazında Biləcəri qəsəbəsində baş verib. Ata və qızı sonuncunun həyat yoldaşı Ədil Məhərrəmovu kəsici-deşici alətlə öldürüblər.

Sail Ağasəlim