Ağcabədidə ata və 6 yaşlı qızı Kürdə batıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Nəcəfqulubəyli kəndində qeydə alınıb.
Belə ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub.
Hazırda onların axtarışları davam etdirilir.