“ABŞ Prezidenti Donald Tramp Ukraynaya arxa çevirə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dohada keçirilən forum zamanı Ağ Ev rəhbərinin oğlu, kiçik Donald Tramp deyib.
“Atamın ən unikal cəhəti odur ki, onun nə edəcəyini heç vaxt bilmirsən. Onun gözlənilməzliyi hər kəsi ağıllı və səmimi olmağa məcbur edir", - deyə o qeyd edib.
Kiçik Tramp əlavə edib ki, Ukraynada korrupsiya uzun müddətdir mövcud olan problemdir və bu məsələ beynəlxalq tərəfdaşların narazılığına səbəb olur.
Qeyd edək ki, “Bloomberg”in ötən gecə yaydığı xəbərə görə, Tramp Moskva ilə Kiyev arasında sülh razılaşması əldə edə bilməsə, ABŞ Ukrayna münaqişəsindən imtina edə bilər. Ən pis ssenaridə Rusiyaya qarşı təzyiq azalacaq, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi dayandırılacaq və Amerika silahlarının istifadəsinə qadağa qoyulacaq.
Son xəbərlər
Son Xəbərlər