“Atəşgah” Sığorta 8 ayda 28,3 milyon manat sığorta ödənişi həyata keçirib

atesgah-sigorta-8-ayda-283-milyon-manat-sigorta-odenisi-heyata-kecirib
Oxunma sayı: 180

“Atəşgah” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar-avqust aylarında müştərilərinə 28 milyon 328 min manat məbləğində sığorta ödənişi həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 978 min manat və ya 7,5% artıb.

Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında şirkətin sığorta ödənişləri 26 milyon 350 min manat təşkil edib.

Hesabat dövründə “Atəşgah”ın sığorta yığımları da əhəmiyyətli artım nümayiş etdirib. Şirkət ilin ilk 8 ayında 58 milyon 764 min manat sığorta haqqı toplayıb.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16 milyon 55 min manat və ya 37,6% çoxdur.

Şirkətin sığorta bazarındakı mövqeyi də möhkəmlənib. “Atəşgah” Sığortanın bazar payı 2025-ci ilin yanvar–avqust aylarında 4,07% olduğu halda, 2026-cı ilin eyni dövründə 5,27%-ə yüksəlib.

Bununla yanaşı, şirkət sığorta yığımlarının həcminə görə sığortaçılar arasında mövqeyini yaxşılaşdırıb. “Atəşgah” Sığorta 2025-ci ilin ilk 8 ayında 5-ci pillədə qərarlaşdığı halda, 2026-cı ilin yanvar–avqust aylarının nəticələrinə əsasən 4-cü yerə yüksəlib.

Beləliklə, 2026-cı ilin ilk 8 ayında “Atəşgah”ın həm sığorta ödənişlərində, həm sığorta yığımlarında, həm də bazar payında artım qeydə alınıb.