“Atəşgah” sığorta şirkətindən “Toyota” sahiblərinə xüsusi - Kasko imkanı

atesgah-sigorta-sirketinden-toyota-sahiblerine-xususi
Oxunma sayı: 1280

Hər zaman müştərilərini yeni məhsul təklifləri və yenilikləri ilə sevindirən “Atəşgah” Sığorta Şirkəti bu dəfə də avtomobillərin Kasko Sığortası üzrə  yeni aksiyaya start verdi!

15 aprel –15 may 2025-ci il tarixlərində qüvvədə olacaq kampaniya çərçivəsində müştərilər,  Kasko Sığorta məhsulunu  cəmi 1.99%  tariflə  əldə edə bilərlər. Əlavə olaraq, ödənişi 10  hissəyə bölərək rahatlıqla ödəmək də mümkündür.

Kampaniyanın şərtlərinə daxildir:

- Yalnız 2010-cu ildən sonra istehsal olunmuş “Toyota” markalı avtomobillərə şamil olunur

- Elektromobillər və taksi fəaliyyəti üçün istifadə edilən avtomobillərin  iştirakı istisnadır

- Tarif- 1.99 %

Qeyd: Tam sığorta haqqı bir dəfəyə ödənildiyi halda, dəyəri 25,000 AZN-dən yuxarı olan avtomobillər  üçün  hədiyyə nəzərdə tutulub.

Əlavə məlumat və müraciət üçün “940”  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın nümunəsi olaraq, 28 ildən artıqdır ki, keyfiyyətli sığorta xidmətləri göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır. “Atəşgah” Sığorta Şirkəti müştərilərinə daha maraqlı təkliflər etməyi davam etdirəcək.