“Atəşgah” Sığorta Şirkəti ASC ilə “Liv Bona Dea” Hospital arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, müqaviləni “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov və “Liv Bona Dea” Hospitalın baş direktoru Taner Özbek imzalayıblar. İmzalanma mərasimində hər iki şirkətin məsul şəxsləri də iştirak ediblər.
Əməkdaşlığın əsas məqsədi sığortalıların tibbi xidmətlərə əlçatanlığını artırmaq, onların keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmaq imkanlarını genişləndirmək və müştəri məmnuniyyətini yüksəltməkdir. Tərəfdaşlıq, həmçinin sığorta və səhiyyə sektorları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və bu sahələr üzrə xidmət keyfiyyətinin inkişafına töhfə verməyi nəzərdə tutur.
Müqaviləyə əsasən, “Atəşgah” Sığortanın müştəriləri “Liv Bona Dea” Hospitalda müvafiq tibbi xidmətlərdən yararlana biləcəklər.




Son xəbərlər
Son Xəbərlər