“Atəşgah” Sığorta “Yapon Ayı” kampaniyasına start verdi

atesgah-sigorta-yapon-ayi-kampaniyasina-start-verdi
Oxunma sayı: 688

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti müştərilərini yeni və sərfəli təkliflərlə sevindirməyə davam edir. Şirkət 1 oktyabrdan 1 noyabr 2025-ci il tarixinədək “Toyota”, “Mazda”, “Honda”, “Mitsubishi”, “Nissan”, “Subaru” və “Lexus” markalı avtomobillər üçün KASKO sığortasını cəmi 1.99% tariflə təqdim edir.

Yeni “Yapon Ayı” kampaniyası çərçivəsində müştərilər aşağıdakı üstünlüklərdən yararlana biləcəklər:

· Ödənişi 10 hissəyə qədər bölmək imkanı

· Kampaniya yalnız fiziki şəxslər üçün keçərlidir

· Taksi və rent-a-car məqsədilə istifadə olunan avtomobillər kampaniyaya daxil deyil

· Aksiya yalnız göstərilən tarixlərdə əldə edilən KASKO məhsullarına şamil olunur

· Elektrik mühərrikli modellər istisnadır

Qeyd: sığorta haqqı 1000 AZN-dən yuxarı birdəfəlik ödənişlərdə, 50 AZN-lik yanacaq kartı hədiyyə!