Aprelin 24-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyə institutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Ağacəkmə aksiyasına qatılan maliyyə sektoru təmsilçiləri arasında “Atəşgah” Sığorta Şirkətinin nümayəndələri də iştirak edərək, ölkəmizin yaşıllaşdırılmasına və ətraf mühitin qorunmasına öz töhfələrini verdilər.
Bu tədbir maliyyə sektorunun ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür.


Son xəbərlər
Son Xəbərlər