“Atəşgah”dan “KASKO” üzrə növbəti irihəcmli sığorta ödənişi - 31 565 manat

atesgahdan-kasko-uzre-novbeti-irihecmli-sigorta-odenisi
Oxunma sayı: 208

“Atəşgah” Sığorta Şirkəti “KASKO” sığortası üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib.

Belə ki, sığortalanmış “Mitsubishi Pajero Sport” markalı avtomobilə dəymiş zərərin qarşılanması məqsədilə sığortalıya 31 565 manat ödənilib.

Saatlı rayonunda baş vermis yol-nəqliyyat hadisə zamanı avtomobilin sürücüsü idarəetməni itirərək  maneə ilə toqquşub və  nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Avtomobilə dəymiş zərərin məbləği “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən aparılan qiymətləndirmə əsasında müəyyən edilib. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq, sığortalıya dəymiş zərərin qarşılanması üçün 31 565 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

30 illik uğurlu fəaliyyət tarixçəsinə malik  “Atəşgah” Sığorta müştərilərinin etimadını doğrultmağı əsas prioritetlərindən biri hesab edir.

Hər bir sığorta hadisəsinə fərdi, obyektiv və ədalətli yanaşan şirkət müştərilərinin üzləşdiyi problemlərin həlli və dəymiş zərərin qarşılanması istiqamətində üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirir.