“Atəşkəsin uzadılması mənasızdır”

ateskesin-uzadilmasi-menasizdir
Oxunma sayı: 806

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasına ehtiyac olmayacağına ümid edir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABC telekanalının jurnalisti Conatan Karl özünün “X” hesabında yazıb. 

Onun sözlərinə görə, Tramp qarşıda “heyrətamiz iki günün” olacağını bəyan edib.

“Hər şey ola bilər, lakin düşünürəm ki, sövdələşmə əldə etmək daha yaxşı olardı, çünki bu halda onlar bərpa olmaq imkanı əldə edəcəklər. Onların hazırki rejimi həqiqətən fərqlidir”, - Karl dövlət başçısının sözlərindən sitat gətirib. 

ABŞ prezidenti danışıqların nəticəsindən asılı olmayaraq “radikalların məhv edildiyini” bəyan edib. O, atəşkəsin uzadılmasında da bir məna görmədiyini bildirib.