“Atletiko” – “Arsenal” matçı təxirə salına bilər

atletiko-arsenal-matci-texire-salina-biler
Oxunma sayı: 1917

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilməsi planlaşdırılan “Atletiko Madrid” – “Arsenal” matçı təxirə salına bilər.

“Qafqazinfo” “The Touchline” nəşrinə istinadən xəbər verir ki, oyunla bağlı ciddi meteoroloji xəbərdarlıq edilib.

Qeyd olunub ki, meteoroloqlar qarşılaşmanın keçiriləcəyi saatlarda güclü fırtına və ildırımın baş verəcəyini proqnozlaşdırırlar. Hazırda təşkilatçıların hava şəraitini nəzərə alaraq oyunun təxirə salınması ehtimalını müzakirə etdiyi bildirilir.