Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Video

avqustun-15-den-qatarlar-nizami-28-may-arasinda-islemeyecek
Oxunma sayı: 1025

Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 

Bildirilib ki, 10-11 aylıq tikinti müddətində qatarlar “Nizami”-“28 May” arasında fəaliyyət göstərməyəcək. 

Qeyd olunub ki, həmin müddətdə “28 May” stansiyası bağlanmayacaq, çünki “İçərişəhər-Həzi Aslanov” xəttində dəyişiklik yoxdur.

Ətraflı videoda: