“Təəssüf ki, bəziləri düşünür ki, Avropa parlamentinin tribunasından müəyyən ölkələri tənqid etsələr, öz ölkələrində səs qazanacaqlar”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Avropa parlamentində Azərbaycana qarşı qətnaməni tənqid edən deputat Kristian Terheş Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, həmkarlarının işi diplomatiya aparmaqdır. Buna gedən yol isə hər iki tərəfi yaxşıca dinləmək və anlamaqdan keçir:
“Uğurlu diplomatiya aparmaq üçün ilk növbədə dinləməlisiniz. Hər tərəfin nə dediyini dinləməlisiniz. Bu baxımdan düşünürəm ki, sizin ölkənizin də deyiləsi çox sözü var. Çünki, Avropa ilə Asiyanın kəsişməsində yerləşir”.
Deputat xatırladıb ki, Rumıniya Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub:
“Mən tarixən Azərbaycanla çox yaxın əlaqələri olan bir ölkədən gəlirəm. Buna görə də, tarix və coğrafiyadan xəbərim var. Amma təəssüf ki, Avropa parlamentinin bir çox üzvlərində bu, belə deyil. Düşünürlər ki, Azərbaycan və ya digər ölkələri daim tənqid etməklə uğur əldə edirlər.
Sadəcə icitmaiyyət qarşısında çıxış edib başqa ölkəni tənqid etmək və hədəf almaq beynəlxalq münasibətlərin aparılmasının məhsuldar yolu deyil”.
Qeyd edək ki, Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər.
Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və “Euronest”dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.
Xüsusilə, Avropa Parlamentinin “Euronest”dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə “Şərq tərəfdaşlığı” çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.
Ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər