Avropada qazın qiymətində - Son 4 ilin rekordu

avropada-qazin-qiymetinde
Oxunma sayı: 389

Avropada birjada təbii qazın qiyməti 2022-ci ilin dekabrından sonra ilk dəfə olaraq min kub metr üçün 1000 dolları keçib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatlarından məlum olub. 

Bildirilir ki, Niderlanddakı TTF habında oktyabr fyuçersinin dəyəri min kubmetr üçün təxminən 1004 dollar və ya MVt·s üçün 84,07 avro səviyyəsinə yüksəlib.

Qaz qiymətlərinin artması qış fəsli ərəfəsində anbar tədarüklərinin rekord dərəcədə aşağı olması və Yaxın Şərqdə münaqişənin davam etməsi ilə əlaqələndirilir.