Avstraliyada ölkə üzrə genişmiqyaslı mobil rabitə və internet problemi yaşanır.
“Qafqazinfo” “The Guardina”a istinadən xəbər verir ki, hadisə zamanı təcili yardım xidmətləri ilə əlaqə yaratmaq mümkün olmayıb.
Bu səbəbdən də ehtimal olunur ki, vəziyyəti pisləşən bir nəfər rabitə probleminə görə həyatını itirib.
Hadisə ilə bağlı istintaq başladılıb və ölüm faktı ilə rabitəsizliyin əlaqəli olub-olmadığı araşdırılır.
Mobil operatorun şəbəkəsində yaranan nasazlıq nəticəsində ölkənin müxtəlif bölgələrində milyonlarla abonent zəng edə, mobil internetdən istifadə edə və bəzi hallarda fövqəladə xidmətlərlə əlaqə saxlaya bilməyib.
Problemin səbəbləri araşdırılır, xidmətlərin isə hazırda mərhələli şəkildə bərpa olunduğu bildirilir.
Vətəndaşlar mümkün yeni fasilələrə qarşı ehtiyatlı olmağa çağırılıb, hökumət isə rabitə infrastrukturunun etibarlılığı ilə bağlı əlavə araşdırmalara başlayacağını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər