Abşeron rayonunun Xırdalan şəhərində sərnişin avtobusu yolda yaranan çuxura düşüb.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, axşamdan yağış nəticəsində yolun kənarı çöküb və nəticədə 135 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu ərazidə yaranan çuxura düşüb.
Görüntülərdən də avtobusun yolun çökmüş hissəsində hərəkətsiz qaldığı görünür.
Son xəbərlər
Son Xəbərlər