Avtomobil atəşə tutuldu, azərbaycanlı qadın öldü

avtomobil-atese-tutuldu-azerbaycanli-qadin-oldu
Oxunma sayı: 8971

Ukraynada azərbaycanlı qadın faciəvi şəkildə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Odessa şəhərində baş verib.

Məlumata görə, avtomobilin atəşə tutulması nəticəsində 40 yaşlı Hacıyeva Alena 4 güllə yarası alıb və bu səbəbdən həlak olub. Onunla birlikdə avtomobildə rəfiqəsinin də öldüyü bildirilir.

Qeyd edək ki, Alena Hacıyevanın birinci Qarabağ müharibəsində Lənkəran batalyonunun komandiri Cəmil Hacıyevin qızı olduğu bildirilir.