Avtomobilin vurduğu 16 yaşlı tələbə vəfat etdi - Foto

avtomobilin-vurdugu-16-yasli-telebe-vefat-etdi
Oxunma sayı: 4184

Mayın 6-da saat 12 radələrində Ağdaş şəhərində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Vəfat edən Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsidir.

Faktla bağlı cinayət işi başlanılıb.