Şəmkirdə yol qızası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində qeydə alınıb.
Səadət Əmiraslanovaya məxsus “Wolsvagen” markalı avtomobil Səməd Qarayevin idarə etdiyi “VAZ 21012” markalı maşınla toqquşub.
Qəza nəticəsində iki nəfər- “VAZ 21012” sürücüsü və Zülfüqar Məmmədov (2001- həmin maşının sərnişini) müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər