Axşamlar seriallara baxanlara - Xəbərdarlıq

axsamlar-seriallara-baxanlara
Oxunma sayı: 703

Axşamlar seriallara baxmaq yuxu keyfiyyətinə mənfi təsir göstərir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yuxu mütəxəssisi Karema Maqomedova məlumat verib.

 O bu vərdişlərin zərərli təsirləri barədə xəbərdarlıq edib.

Maqomedova qeyd edib ki, elektron cihazlardan yayılan mavi işıq melatonin hormonunun istehsalını azaldır.

“Sosial mediadan çox istifadə, seriallara baxmaq emosional və idrak oyanışına səbəb olur. Bu, yuxuya getməyi çətinləşdirir və yuxu parçalanır. Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün yatmazdan əvvəl intensiv məlumatlardan çəkinmək lazımdır. Bu yalnız televiziya seriallarından və smartfonlardan çəkinməyi deyil, həm də həddindən artıq ünsiyyətdən çəkinməyi də əhatə edir”, -deyə həkim vurğulayıb.