“Ay bizimdir” şərhinə BMT-dən cavab

ay-bizimdir-serhine-bmt-den-cavab
Oxunma sayı: 389

“Biz kosmosun sülh yolu ilə tədqiqinə inanırıq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu mövqeni BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Belə ki, Düjarrik bunu ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-yə məxsus olması barədə bəyanatını şərh etməsi istənilən zaman deyib.

Qeyd edək ki, sentyabrın 6-da ABŞ Prezidenti Yerin peykinin fotosunu paylaşaraq ona “Ay bizimdir” şərhini əlavə edib.