Ayan Allahverdiyeva ilk görüşdə uduzdu - Foto

ayan-allahverdiyeva-ilk-gorusde-uduzdu
Oxunma sayı: 451

Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.

“Qafqazinfo” xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə oynayıb.

Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.

Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.

Qeyd edək ki, cavab görüşləri sabah baş tutacaq.