Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan “Qəzza üçün Sülh Şurası Nizamnaməsi”nin imzalanma mərasimində Argentina Prezidenti Xavyer Mileyin geyindiyi idman ayaqqabıları diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, rəsmi tədbirdə klassik geyim əvəzinə idman ayaqqabısı seçən Mileyin bu görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bəziləri bu seçimi qeyri-rəsmi və tədbirin ciddiliyinə uyğun olmayan addım kimi qiymətləndirib.
ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən və Qəzzada beynəlxalq münaqişələrin həlli məqsədi daşıyan “Sülh Şurası”nın imza mərasimində 19 ölkənin nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Miley süni intellektin iqtisadi artım və rifah üçün mühüm vasitə olduğunu vurğulayaraq bildirib ki, siyasətçilər daha yaxşı dünya quranlara mane olmamalıdırlar. O, Qərb dünyasının azadlıq ideyalarına qayıtmasının vacibliyini qeyd edib.



Son xəbərlər
Son Xəbərlər