Aybəniz Haşımovanın qardaşı həbs edildi

aybeniz-hasimovanin-qardasi-hebs-edildi
Oxunma sayı: 6599

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Həşimov şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20100 (iyirmi min yüz) manat ziyan vurub.

Xəbəri rus dilində oxuyun: Задержан мошенник, обещавший льготное жилье

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ş.Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.