Ayılara görə təhlükəsizlik tədbirlərini gücləndirdilər

ayilara-gore-tehlukesizlik-tedbirlerini-guclendirdiler
Oxunma sayı: 2598

Rusiyanın Tıva respublikasında yaşayış sahələrinin yaxınlığında ayıların peyda olması ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı regionun Daxili İşlər Nazirliyi yayıb. 

Məsələ ilə əlaqədar yırtıcıların ola biləcəyi mümkün yerlərdə daimi patrul xidməti təşkil edilib. 

Tıvanın Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, avqustda Sibirdə 200-ə qədər potensial təhlükəli ayı güllələnib.