“Ayntraxt” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”la matçdan öncə Bakıda açıq məşq və mətbuat konfransı təşkil etməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qarabağ”ın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Almaniyada keçiriləcək.
Qeyd edək ki, yanvarın 21-i Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.
Son xəbərlər
Son Xəbərlər