“Ayntraxt”a baş məşqçi təyin olundu

ayntraxta-bas-mesqci-teyin-olundu
Oxunma sayı: 675

Almaniyanın Frankfurt təmsilçisi “Ayntraxt” klubunda baş məşqçi dəyişikliyi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, komandanın sükanı arxasına ispaniyalı mütəxəssis Albert Riera gətirilib.

Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Albert Riera bu təyinatadək Sloveniyanın “Selye” klubunun baş məşqçisi vəzifəsində çalışıb.