Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov tənidlərə tuş gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, ötən gün “FİFA Series” çərçivəsində qarşılaşacaqları Sent Lusiya ilə oyunöncəsi mətbuat konfransında verilən suala gülərək cavab verməsi ilə müzakirə mövzusuna çevrilib.
Jurnalistin “Yusif İmanov niyə millidə yoxdur?” sualına Ayxan Abbasov qəribə cavab verib.
O, gülərək “Niyə millidə olmalıdır?” deyib.
A.Abbasovun 4 aydır meydana çıxmayan, zədəli olan Şahruddin Məhəmmədəliyevi yığmaya dəvət edib, yığmadakı qapıçıların hamısından çox oynamaq şansı qazanan Yusif İmanovu dəvət etməməsi onu tənqid hədəfinə çevirib.
Son xəbərlər
Son Xəbərlər