Azarkeşləri daşıyacaq avtobuslar hazırdır

azarkesleri-dasiyacaq-avtobuslar-hazirdir
Oxunma sayı: 2044

"Qarabağ" və "Qalatasaray" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərin daşınması üçün nəzərdə tutulan ekspres xətlər üzrə avtobuslar hazır vəziyyətdədir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. “Qarabağ” – “Qalatasaray” görüşündən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.