Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, Dövlət başçısına sərgidə “Azera Holdinq”i təmsil edən “Agroland”, “Binə Agro”, “Fruitland”, “Bol Agro”, “Azemal”, “Kraun Ko-R” və “Agrolid” şirkətlərinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 20 ilə yaxın təcrübəyə malik “Azera Holdinq” əkinçilik, heyvandarlıq, balıqçılıq üzrə aparıcı kənd təsərrüfatı şirkətlərini özündə birləşdirir. Qafqazın ən iri istixana komplekslərinə malik holdinq həm də işğaldan azad olunmuş ərazilərdə geniş əkinçilik layihələrini uğurla icra edir. Holdinqə daxil olan “Fruitland” şirkəti Azərbaycanda ilk dəfə “Agroland” və “BinəAgro” şirkətlərinin 200 hektara yaxın əraziyə malik istixanalarının 20 ha hissəsində ildə 1000 tona yaxın banan yetişdirir.
Dörd gün davam edəcək beynəlxalq tədbirdə “Azera Holdinq” ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verən aparıcı şirkətləri uğurla təmsil olunur. Sərgi çərçivəsində holdinqə məxsus müəssisələrin istehsalı olan müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsullar ziyarətçilərə təqdim edilir.








Son xəbərlər
Son Xəbərlər